"Finex Group" filial şəbəkəsini genişləndirir

"Finex Group" filial şəbəkəsini genişləndirir Bununla bağlı qərarı Holdinqin səhmdarları qəbul edib
Maliyyə
2 Noyabr , 2016 12:44
Finex Group filial şəbəkəsini genişləndirir

Bakı. 2 noyabr. REPORT.AZ/ "Finex Group"a daxil olan "Financeleasing" ASC və "Finex Credit" bank olmayan kredit təşkilatının Bakıda ilk filialı açılacaq. "Report"un əldə etdiyi məlumata görə, bununla bağlı qərar "Finex Group"un səhmdarlarının oktyabrın 28-də keçirilmiş növbədənkənar ümumi yığıncağında qəbul edilib.

Son nəticədə şirkətlər qrupunun filiallarının sayı 4-ə çatacaq. Hazırda isə "Finex Group" müştərilərinə baş ofisi ilə yanaşı, Gəncə, Qəbələ və Zaqataladakı filialları vasitəsi ilə xidmət göstərir.

Xatırladaq ki, "Financeleasing" 2007-ci ilin may ayından fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 1,2 mln. manatdır. Şirkətin səhmləri 14 fiziki şəxsə, o cümlədən 19%-i Tokay Murad oğlu Şıxəlizadəyə, 13,1%-i Murğuz Elşən oğlu Tağıyevə, 12%-i Ramiz İbrahim oğlu İbrahimova, 12,7%-i Azad Malik oğlu Cavadova, 10%-i Mobil Famil oğlu Şərifova, 3,2%-i Azad Nəriman oğlu Cəbrayılova, qalan 30%-i isə digər 8 səhmdara məxsusdur.

"Finex Credit" ASC isə 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 0,5 mln. manatdır. Səhmlərin 88%-i "Financeleasing"ə, qalan 12%-i isə iki fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi