“Finex Credit”in istiqrazlarını “Azfinance” alacaq

“Finex Credit”in istiqrazlarını “Azfinance” alacaq Qiymətli kağızlar ABŞ dolları və Azərbaycan manatında buraxılacaq
Maliyyə
16 Mart , 2017 17:08
“Finex Credit”in istiqrazlarını “Azfinance” alacaq

Bakı. 16 mart. REPORT.AZ/ “Finex Credit” ASC bank olmayan kredit təşkilatının (BOKT) qapalı üsulla dövriyyəyə buraxmağı planlaşdırdığı istiqrazları “Azfinance İnvestisiya Şirkəti” QSC alacaq.

Bu barədə “Report”a şirkətdən bildirilib.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası BOKT-un hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min ədəd və hər birinin nominal dəyəri 1 000 manat olan 200 min ədəd istiqrazlarının emissiyasını qeydə alıb. 2 il müddətinə dövriyyəyə buraxılan qiymətli kağızların illik gəlirliliyi dollarda 8%, manatda 22%-dir.

Xatırladaq ki, "Finex Credit” 2013-cü ildə yaradılıb, “Finex Group”a daxildir. Onun nizamnamə kapitalı 600 min manatdır. BOKT-un səhmlərinin 73,3%-i “Finance Leasing” ASC-yə, 14,9%-i Sevda Cəbrayıl qızı İbrahimovaya, 11,8%-i isə Mobil Famil oğlu Şərifova (“Finance Leasing”in 10%-lik səhmdarı) məxsusdur.

“Azfinance" investisiya şirkəti isə 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,55 mln. manatdır. Şirkətin səhmləri 100% Dubayda (BƏƏ) qeydiyyatdan keçmiş “G Capital Middle East Ltd.” şirkətinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi