“Finca Azerbaijan”ın nizamnamə kapitalı 30%-ə yaxın artırılıb

“Finca Azerbaijan”ın nizamnamə kapitalı 30%-ə yaxın artırılıb Bakı. 31 oktyabr. REPORT.AZ/ “Finca Azerbaijan” DKT bank olmayan kredit təşkilatının (BOKT) nizamnamə kapitalı 850 min manat və yaxud 29,25% artırılıb.
Maliyyə
31 Oktyabr , 2018 09:45
“Finca Azerbaijan”ın nizamnamə kapitalı 30%-ə yaxın artırılıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ “Finca Azerbaijan” DKT bank olmayan kredit təşkilatının (BOKT) nizamnamə kapitalı 850 min manat və yaxud 29,25% artırılıb.

“Report” Vergilər Nazirliyinə istinadən xəbər verir ki, BOKT-un kapitalı 2 906 572 manatdan 3 756 572 manata çatdırılıb.

Xatırladaq ki, “Finca Azerbaijan” 2016-cı ilin yekununda 11,711 mln. manat məbləğində kapital çatışmazlığı ilə üzləşmişdi. BOKT-un 2017-ci ilin yekunundakı maliyyə göstəriciləri isə hələ açıqlanmayıb. 

Son xəbərlər

Orphus sistemi