"FINCA Azerbaijan”ın aktivləri bu il 11% azalıb

"FINCA Azerbaijan”ın aktivləri bu il 11% azalıb QBKT birinci yarımilliyi 23 mln. manat xalis zərərlə başa vurub
Maliyyə
14 Dekabr , 2016 15:05
FINCA Azerbaijan”ın aktivləri bu il 11% azalıb

Bakı. 14 dekabr. REPORT.AZ/ "FINCA Azerbaijan" qeyri-bank kredit təşkilatının (QBKT) məcmu aktivləri 2016-cı il, iyulun 1-nə in əvvəlinə 205,576 mln. manat təşkil edib. "Report" kredit təşkilatının maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2015-ci ilin yekunu ilə müqayisədə 25,033 mln. manat və yaxud 10,86% azdır.

Kredit təşkilatının aktivlərinin strukturunda əsas yeri müştərilərə verilmiş kreditlər tutub. Ötən ilin sonuna "FINCA Azerbaijan"ın kredit portfeli 142,656 mln. manat təşkil edib. Bu da illik müqayisədə 30,96 mln. manat və yaxud 17,83% azdır.

Yarım il ərzində "FINCA Azerbaijan"ın məcmu kapitalı 23,075 mln. manat və yaxud 87,15% azalaraq 3,401 mln. manat, öhdəlikləri isə 1,957 mln. manat və yaxud 0,96% azalaraq 202,176 mln. manat olub. QBKT-nin öhdəliklərinin əsas hissəsi borc alınmış vəsaitlərin payına düşür. Bu göstərici ilin əvvəlinə nisbətən 2,153 mln. manat və ya 1,15% azalaraq 185,128 mln. manata düşüb.

Hesabat dövründə "FINCA Azerbaijan"ın faiz gəlirləri 17,307 mln. manat, faiz xərcləri 10,46 mln. manat, son nəticədə isə xalis faiz mənfəəti 6,847 mln. manat təşkil edib. QBKT qeyri-faiz əməliyyatlarına 17,02 mln. manat xərc çəksə də, bundan 913 min manat zərər edib. Beləliklə, "FINCA Azerbaijan"ın xalis əməliyyat zərəri 11,086 mln. manat olub.

Kredit təşkiları aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 11,989 mln. manat yönəldir və ilin birinci yarısını 23,075 mln. manat xalis zərərlə başa vurub. 

Son xəbərlər

Orphus sistemi