“Finans Lizinq”ə yeni sədr təyin edilib

“Finans Lizinq”ə yeni sədr təyin edilib Bu müddətdə səhmdar cəmiyyətinə onun Müşahidə Şurasının sədri Elxan Həşimov rəhbərlik edib
Maliyyə
17 Mart , 2021 15:51
“Finans Lizinq”ə yeni sədr təyin edilib

“Finans Lizinq” ASC-nin İdarə Heyətinə təxminən il yarımlıq fasilədən sonra yeni sədr təyin edilib.

“Report” xəbər verir ki, bu, İsmayıl Quliyevdir.

Xatırladaq ki, “Finans Lizinq”in keçmiş sədri Rabil Məmmədov 2019-cu ilin oktyabr ayında işdən çıxıb. Bu müddətdə səhmdar cəmiyyətinə onun Müşahidə Şurasının sədri Elxan Həşimov rəhbərlik edib.

“Finans Lizinq” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,2 milyon manatdır. Şirkətin səhmlərinin 19 %-i Tokay Şıxəlizadəyə, 18,4 %-i Murğuz Tağıyevə, 16,5 %-i Azad Cəbrayılova, 12 %-i Sevda İbrahimovaya, yenə də 12 %-i Mobil Şərifova, 8 %-i Tahir Namazova, 4,5 %-i Tofiq Cəfərova, 3,1 %-i Azər Hacıyevə, 2 %-i Elçin Tağıyevə, 1,7 %-i Zakir Zeynalova, 1,5 %-i Anar Bağırova, 1 %-i Anar Aslanova, 0,3 %-i isə Zülfüqar Niftiyevə məxsusdur.

Son xəbərlər

Orphus sistemi