"Financial Times": "Saudi Aramco"nun IPO-su 2019-cu ilə qala bilər

"Financial Times": "Saudi Aramco"nun IPO-su 2019-cu ilə qala bilər Bakı. 12 mart. REPORT.AZ/ Qlobal maliyyə bazarlarının və neft sənayesinin yaxından izlədiyi Səudiyyə Ərəbistanının dövlət neft-qaz şirkəti Saudi Aramconun səhmlərinin ilkin kütləvi yerləşdirilməsi (IPO) 2019-cu ilə qədər təxirə salına bilər. 
Maliyyə
12 Mart , 2018 10:48
Financial Times: Saudi Aramconun IPO-su 2019-cu ilə qala bilər

Bakı. 12 mart. REPORT.AZ/ Qlobal maliyyə bazarlarının və neft sənayesinin yaxından izlədiyi Səudiyyə Ərəbistanının dövlət neft-qaz şirkəti "Saudi Aramco"nun səhmlərinin ilkin kütləvi yerləşdirilməsi (IPO) 2019-cu ilə qədər təxirə salına bilər. 

"Report" xəbər verir ki, bu barədə "The Financial Times" nəşri Səudiyyə Ərəbistanının rəsmi dairələrinə istinadən məlumat yayıb. 

Məlumata görə, "Saudi Aramco"nun IPO-su ilkin mərhələdə ölkənin fond birjası "Tədavül"də həyata keçiriləcək. Səhmlərin xarici fond birjalarında yerləşdirməsi imkanları isə hələ araşdırılır. 

"Saudi Aramco"nun maliyyə məsləhətçiləri hesab edir ki, ölkə şəhzadəsi Məhəmməd ibn Salman şirkətin hissələrinin satışından 2 trln. ABŞ dolları məbləğində gəlir əldə etmək hədəfinə çata bilməyib. Şirkətin illərlə qeyri-şəffaf idarə olunması da İPO üçün əlavə problemlər yaradıb. 

Xatırladaq ki, "Saudi Aramco"nun səhmlərinin 5%-nin IPO-sundan 100 mlrd. dollar gəlir əldə edilməsi planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi