Financial Times: Çin ABŞ dollarının satışını məhdudlaşdırıb

Financial Times: Çin ABŞ dollarının satışını məhdudlaşdırıb Rəsmi Pekin bu qərarla ölkədən valyuta axınının qarşısını almaq istəyir
Maliyyə
8 Yanvar , 2016 22:40
Financial Times:  Çin ABŞ dollarının satışını məhdudlaşdırıb

Bakı. 8 noyabr. REPORT.AZ/ Çin ölkədən kapital axınının qarşısını almaq üçün kommersiya banklarına xüsusi tapşırıq verib. "Financial Times"in öz mənbələrinə istinadən yazdığı xəbərə görə, bu məqsədlə Çinin hakimiyyət orqanları fiziki şəxslər və şirkətlərə ABŞ dollarının satışının məhdudlaşdırılmasına dair ölkə banklarına şifahi göstəriş verib.

"Report" xəbər verir ki, nəşrin məlumatına görə, hakim dairələrin əsas narahatlığına səbəb ABŞ dolları və Şanxay, eləcə də Şençjendə Honkonq dollarına tələbatın kəskin artması olub. Qəzetin mənbələrinin dediklərinə görə, Şanxayda ilkin sifariş olmadan bankda orta təbəqəli müştəri gün ərzində 5 min dollardan artıq valyuta ala bilməz. Bununla belə, onlar müəyyən edilmiş həftəlik limiti də aşmamalıdırlar.

Çində xarici valyutanın alışı, habelə onun transsərhəd köçürmələri də məhdudlaşdırılıb. Fiziki şəxs bir ildə Çindən 50 min dollardan artıq vəsait çıxara bilməz. Bundan başqa, şirkətlər idxal ödənişi və bəyənilmiş xarici investisiyalar kimi biznes-məqsədlər çərçivəsində yuanı xarici valyutaya dəyişə bilərlər. Hərçənd, valyutaya olan böyük tələbatın fonunda bu məhdudiyyətlərdən yan ötmək üçün artıq xeyli üsullar da tapılıb - fərdi vəsaitləri korporativ valyuta əməliyyatlarına daxil etməkdən başlayaraq, saxta sövdələşmələr, gizli transfert agentlərin xidmətlərindən istifadə edilməsinədək. Öz növbəsində dövlət qurumları sonuncularla mübarizəni gücləndirməyə dair çağırışlar da edir.

Qeyd edək ki, "Bloomberg" noyabrda dərc etdiyi yazılarının birində Çindən kapital axınını üç ay ərzində 367 mlrd. dollar həcmində olduğunu yazıb. 2015-ci ildə ölkənin qızıl-valyuta ehtiyatları rekord həddə - 512,66 mlrd. dollar azalıb. Dekabrda isə ehtiyatlar 108 mlrd. dollar azalaraq - 3,33 trln. dollar səviyyəsinə düşüb. Dekabrın sonuna Çinin qızıl ehtiyatları 56,66 mln. troya unisyası təşkil edib. Lakin bu rəqəm noyabrın sonunda isə 56,05 mln. olub.

Eyni zamanda, mərkəzi bankın yuana dəstək məqsədilə dolların satışına dair dekabrda qəbul etdiyi qərardan sonra valyuta ehtiyatları üç il müddətində rekord həddə - 108 mlrd. dollar azalıb.

Qeyd edək ki, 2015-ci ildə ixracın stimullaşdırılması məqsədilə Çin bir neçə dəfə yuanın məzənəssini aşağı salıb. Belə ki, iyunun 30-da Şanxay birjasında dolların məzənnəsi 6,59 yuana kimi artıb. Bu, son 20 ilin ən maksimal göstəricisidir. Ötən ilin əvvəlindən isə Çin valyutası 4,4% ucuzlaşıb. Bu, istər ev təsərrüfatları, istərsə də şirkətlərin dollara olan tələbatını xeyli artırıb.

Son xəbərlər

Orphus sistemi