​Fevraldan Azərbaycanda elektron ipoteka portalı tam gücü ilə işləyəcək

​Fevraldan Azərbaycanda elektron ipoteka portalı tam gücü ilə işləyəcək Hər bir şəxs özünə dair bütün zəruri məlumatları daxil edərək qiymətləndiriləcək
Maliyyə
30 Yanvar , 2015 13:59
​Fevraldan Azərbaycanda elektron ipoteka portalı tam gücü ilə işləyəcək

Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycanda fevralın 2-dən etibarən Elektron İpoteka Sisteminin (EİS) davamı olan Elektron İpoteka Portalı real vaxt rejimində əhalinin tam istifadəsinə veriləcək. Bu barədə "Report"a Azərbaycan İpoteka Fondunun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bundan sonra ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs birbaşa olaraq internet vasitəsi ilə real vaxt rejimində (onlayn) portalın veb səhifəsinə (www.e-ipoteka.az) daxil olaraq müvafiq qaydada ipoteka kreditinin alınması üçün müraciət etməlidir. Müraciət etmək üçün ilkin mərhələdə qeydiyyatdan keçərkən, hər bir şəxs özünə dair bütün zəruri məlumatları daxil edərək, ümumilikdə qiymətləndirilir. Eyni zamanda, ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs müvəkkil kredit təşkilatlarının ipoteka kreditləri üzrə təklif etdiyi şərtlərə diqqət yetirməli, onları təhlil etdikdən sonra, yekun olaraq müraciətini təsdiqləməlidir.

Qurum rəsmiləri hesab edirlər ki, ipoteka kreditləri üzrə müraciətlərin real vaxt rejimində (onlayn) aparılması ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxsə geniş imkanlar yaratmaqla yanaşı, əhalinin rahatlığının təmin olunmasına, vaxt itkisinin qarşısının alınmasına, ipoteka kreditləşməsi sahəsində şəffaflığının daha da artırılmasına, eləcə də Fondun nəzarət mexanizminin gücləndirilməsinə xidmət edəcək.

Son xəbərlər

Orphus sistemi