ABŞ-ın Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini dəyişməyib

ABŞ-ın Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini dəyişməyib FES uçot dərəcəsini dəyişməyərək 0.5 faizdə saxlayıb və 2016-cı il üçün bir dəfə faiz artımı nəzərdə tutulub
Maliyyə
16 Mart , 2016 21:57
ABŞ-ın Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini dəyişməyib

Bakı. 16 mart. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sistemi (FES) ildə səkkiz dəfə mütəmadi olaraq keçirdiyi iclasını bu gün keçirib. 

"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, FES uçot dərəcəsini dəyişməyərək 0.5 faizdə saxlayıb. Həmçinin, 2016-cı il üçün bir dəfə faiz artımı nəzərdə tutulub.

Qeyd edək ki, bundan əvvəl dekabr iclasında faizlərin uçot dərəcəsini 0.25 faiz artıran FES 2016-cı il üçün üç dəfə faiz artımı edəcəyini proqnozlaşdırmışdı.

Bu qərardan sonra dollar sürətlə dünyanın digər valyutalarına qarşı ucuzlaşmağa başlayıb və USD/Euro məzənnəsi 1.1070 səviyyəsindən 1.1170 səviyyəsində yüksəlib.

Bununla bərabər "Brent" markalı neft dolların ucuzlaşması fonunda yenidən 40 dollar həddini keçib.

Son xəbərlər

Orphus sistemi