Bakı. 2 may. REPORT.AZ/ ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 1,5-1,75% səviyyəsində saxlayıb.
"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edilir ki, Federal Ehtiyat Sisteminin mayın 1-2-də keçirilən növbəti iclasında uçot dərəcəsi 1,5-1,75% saxlanılıb. Fevral ayında ABŞ-da baza inflyasiya göstəricisinin aylıq artımı 0,2%, illik artımı isə 1,8% təşkil edib.
Növbəti iclas iyunun 12-13-də olacaq.