FED-in dekabrda faizləri artırması ehtimalı 73%-i üstələyib

FED-in dekabrda faizləri artırması ehtimalı 73%-i üstələyib FED dekabrın 13-də qərarını açıqlayacaq
Maliyyə
6 Oktyabr , 2017 15:24
FED-in dekabrda faizləri artırması ehtimalı 73%-i üstələyib

Bakı. 6 oktyabr. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sisteminin (FED) dekabr ayında uçot dərəcəsini artırma ehtimalı 73,3%-ə çatıb. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, 3 həftə əvvəl əgər bu ehtimal 46,7% təşkil edib.

ABŞ Prezidenti Donald Trampın ötən həftə vergi islahatları ilə bağlı açıqlamaları yerli şirkətlərin daha sürətli iqtisadi artıma və daha çox investisiya etməsinə yol açacağı ilə bağlı gözləntilərini yüksəldib. 

San-Fransisko FED-in rəhbəri Con Uilyams faizləri artırmaq üçün inflyasiyanın artmasını gözləməyə ehtiyacın olmadığını açıqlayıb. Filadelfiya FED-in rəhbəri Patrik Harker isə CNBC telekanalına müsahibəsində dekabr ayında faizləri artırmağın tərəfdarı olduğunu açıqlayıb.

Qeyd edək ki, FED-in dekabr ayının 12-13-də keçirəcəyi iclasda uçot dərəcəsi ilə bağlı qərarını açıqlaması gözlənilir.

Son xəbərlər

Orphus sistemi