FED-in balans hesabı rekord səviyyəyə yüksəlib

FED-in balans hesabı rekord səviyyəyə yüksəlib ABŞ Federal Ehtiyat Sisteminin (FED) balans hesabı koronavirusun (COVİD-19) iqtisadi təsirlərini azaltmaq və maliyyə bazarlarında təkrar sabitlik yaratmaq üçün xəzinə istiqrazları və ipoteka ilə təmin edilmiş qiymətli kağızlarınalımları ilə 5,81 trilyon A
Maliyyə
3 Aprel , 2020 11:27
FED-in balans hesabı rekord səviyyəyə yüksəlib

ABŞ Federal Ehtiyat Sisteminin (FED) balans hesabı koronavirusun (COVİD-19) iqtisadi təsirlərini azaltmaq və maliyyə bazarlarında təkrar sabitlik yaratmaq üçün xəzinə istiqrazları və ipoteka ilə təmin edilmiş qiymətli kağızların alımları ilə 5,81 trilyon ABŞ dollara yüksəlib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bununlada FED-in balans hesabı rekord səviyyəyə qalxıb.

Məlumata görə, FED-in cəmi aktivləri ötən həftə 557 milyard ABŞ dolları məbləğində artıb. Bundan başqa FED-in bütün dünyada dollara olan tələbi ödəmək üçün xarici mərkəzi banklarla birlikdə qurduğu likvidlik swap əməliyyatları 142,5 milyard ABŞ dolları artaraq 348,5 milyard ABŞ dollarına çatıb.

Son xəbərlər

Orphus sistemi