Faydalı qazıntılar üçün lisenziya xərci vahid büdcə təsnifatından çıxarılıb

Faydalı qazıntılar üçün lisenziya xərci vahid büdcə təsnifatından çıxarılıb Nazirlər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib.
Maliyyə
29 Oktyabr , 2021 17:18
Faydalı qazıntılar üçün lisenziya xərci vahid büdcə təsnifatından çıxarılıb

Nazirlər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib.

“Report” xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, “Büdcə xərclərinin funksional təsnifatına əlavə”nin “Faydalı qazıntılar” paraqrafından lisenziyanın verilməsi xərcləri çıxarılıb.

Beləliklə, paraqrafa metal mineralların, qum, gil, daş, kimyəvi xammal və gübrələrin, duz, qiymətli daşlar, asbest, gips və bu qəbildən olan digər mineralların hasilatı ilə bağlı xərclər, o cümlədən mədənçıxarma sənayesi və mineral ehtiyatların (neft və təbii qaz istisna olmaqla) saxlanılması, kəşfiyyatı, işlənməsi və səmərəli istifadəsi, mineral ehtiyatların kəşfiyyatına, hasilatına və satışına nəzarətin tənzimlənməsi, icazələrin verilməsi, icarə müqavilələrinin bağlanılması, hasilatın tempinin tənzimlənməsi, şaxtaların təhlükəsizlik texnikası qaydalarına cavab verməsi baxımından yoxlanılması, mədənçıxarma sənayesi və mineral ehtiyatlarla bağlı xidmətlər üzrə ümumi xarakterli məlumatların, texniki sənədlərin hazırlanması, yayılması və yığılması, mineral ehtiyatların hasilatı üzrə kommersiya fəaliyyətinə kömək göstərilməsi ilə bağlı xərclər daxildir.

Son xəbərlər

Orphus sistemi