Bakı. 21 iyul. REPORT.AZ/ “Falcon Finance” MMC bank olmayan kredit təşkilatının (BOKT) aktivləri bu il yanvarın 1-nə 486 min manat təşkil edib.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 12% çoxdur.
“Falcon Finance”ın aktivlərinin 56,9%-ni və yaxud 277 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2016-cı ildə BOKT-un kredit portfeli 20,6% azalıb.
Hesabat dövründə “Falcon Finance”ın cəmi öhdəlikləri 12,1% artaraq 13 min manat, cəmi kapitalı isə 12% artaraq 473 min manat olub.
2016-cı ildə “Falcon Finance”ın faiz gəlirləri 80 min manat (2015-ci ilə nisbətən 36,8% az), faiz xərcləri təxminən 1 000 manat (96,7% az), qeyri-faiz gəlirləri 0 manat (100% az), qeyri-faiz xərcləri isə 29 min manat (52,6% az) təşkil edib. BOKT ötən il təxminən 10 min manat mənfəət vergisi ödəyib ki, bu da əvvəlki ilə nisbətən 61,6% azdır.
Bununla da maliyyə qurumu 2016-cı ili 40 min manata yaxın xalis mənfəətlə başa vurub ki, bu da 2015-ci illə müqayisədə 61,6% azdır.
Xatırladaq ki, “Falcon Finance” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un təsisçiləri hər biri 33,3% payla Fərman Vahid oğlu Qurbanlı, Fərid Səbuhi oğlu Hidayətzadə və Könül Ərşad qızı Məmmədovadır.