“Facebook” külli miqdarda vergidən yayınıb

“Facebook” külli miqdarda vergidən yayınıb “Facebook” şirkəti 9 milyard ABŞ dolları məbləğində vergidən yayınıb.
Maliyyə
20 Fevral , 2020 17:27
“Facebook” külli miqdarda vergidən yayınıb

“Facebook” şirkəti 9 milyard ABŞ dolları məbləğində vergidən yayınıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Daxili Gəlirlər Xidməti (İRS) açıqlama verib.

Qurumun verdiyi məlumata görə, “Facebook” 2010-cu ildə İrlandiyadakı törəmə şirkətinə süni azalan qiymətlərlə əqli mülkiyyət satırmış. Bu sövdələşmənin dəyəri 6,5 milyard ABŞ dolları məbləğində dəyərləndirilir. Bundan əlavə, gəlir vergisi ABŞ-da 35% olduğu halda, İrlandiyada cəmi 12,5%-dir.

“Facebook”dan bildirilib ki, beynəlxalq maliyyə bazarlarına çıxmaqla bağlı risklərə görə həmin fəndi işlədiblər.

İRS “Facebook”a qarşı San-Fransisko məhkəməsində iddia qaldırıb.

Son xəbərlər

Orphus sistemi