"Expressbank" səhmlərini bahalaşdırıb

"Expressbank" səhmlərini bahalaşdırıb Bankın nizamnamə kapitalı 12% artaraq 137,257 mln. manata çatıb
Maliyyə
28 İyul , 2016 10:08
Expressbank səhmlərini bahalaşdırıb

Bakı. 28 iyul. REPORT.AZ/ "Expressbank" ASC nizamnamə kapitalını 14 813 101 manat və ya 12,1% artırıb. Bu barədə "Report"a Bankdan məlumat verilib.

Məlumata görə, artımdan sonra "Expressbank"ın kapitalı 122 443 550 manatdan 137 256 651 manata yüksəlib.

Kapitalı artırmaq üçün əlavə səhm emissiyası həyata keçirilməyib. Bank 2014-2015-ci illərdə əldə etdiyi xalis mənfəət hesabına dövriyyədə olan 372 282 səhminin nominal dəyərini 39,79 manat artıraraq 328,9 manatdan 368,69 manata çatdırıb.

Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. 

Son xəbərlər

Orphus sistemi