"Expressbank" rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib

"Expressbank" rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib "Expressbank" ASC-nin rəhbərliyi 20 Yanvar faciəsinin 35-ci ildönümündə Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanına ənənəvi ziyarətini həyata keçirib.
Maliyyə
20 Yanvar , 2025 12:00
Expressbank rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib

"Expressbank" ASC-nin rəhbərliyi 20 Yanvar faciəsinin 35-ci ildönümündə Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq Şəhidlər xiyabanına ənənəvi ziyarətini həyata keçirib.

Vətənimizin müstəqilliyi uğrunda baş qaldıran cəsarətli xalqımızın məğrur şəhidləri hörmətlə anılıb və onların məzarlarına qərənfillər qoyulub. Əbədi Məşəl abidəsinin önünə "Expressbank"nin adından əklil yerləşdirilib.

Ziyarətdə Bankın İdarə Heyəti və Müşahidə Şurasının üzvləri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi