​“Expressbank” müştərilərinə doğum günü hədiyyəsi edir

​“Expressbank” müştərilərinə doğum günü hədiyyəsi edir Müştəriyə istehlak kreditləri üzrə komissiya xərclərində endirim təqdim olunacaq
Maliyyə
30 Sentyabr , 2014 16:56
​“Expressbank” müştərilərinə doğum günü hədiyyəsi edir
Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycanın “Expressbank” ASC müraciət edən müştərinin doğum tarixi ilə müraciət tarixi eyni aya təsadüf etdikdə, həmin müştəriyə istehlak kreditləri üzrə komissiya xərclərində yaşı qədər endirim təqdim edilir. Həmçinin, “Visa Gold” kartı hədiyyə olunur. Bu barədə “Report”a bankın mərkəzi ofisindən məlumat verilib.

Məlumata görə, əgər müştəri “ExpressCard” kredit məhsulunu sifariş edərsə, ona həmin kart “Visa Gold” əsasında veriləcək.

Xatırladaq ki, “Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomatı və “ExpressPay” ödəniş terminalı vardır.

Son xəbərlər

Orphus sistemi