“Expressbank”ın öhdəlikləri illik 17% artıb

“Expressbank”ın öhdəlikləri illik 17% artıb Bakı. 31 yanvar. REPORT.AZ/ “Expressbank” ASC-nin aktivləri ötən ilin əvvəli ilə müqayisədə 9,6% artaraq 2018-ci il yanvarın 1-nə 314,339 mln. manata çatıb. Müştərilərə verilən kreditlərin həcmi ötən il ərzində 15,9% azalaraq 167,608 mln. manata enib.
Maliyyə
31 Yanvar , 2018 10:48
“Expressbank”ın öhdəlikləri illik 17% artıb

Bakı. 31 yanvar. REPORT.AZ/ “Expressbank” ASC-nin aktivləri ötən ilin əvvəli ilə müqayisədə 9,6% artaraq 2018-ci il yanvarın 1-nə 314,339 mln. manata çatıb. Müştərilərə verilən kreditlərin həcmi ötən il ərzində 15,9% azalaraq 167,608 mln. manata enib.

“Report” bu barədə bankın illik maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat ilində bankın cəmi öhdəlikləri 17,4% artaraq 170,023 mln. manata yüksəlib. Bankların və digər maliyyə institutlarının depozitləri istisna olmaqla depoizt portfeli illik müqayisədə 56,4% artaraq 144,933 mln. manat olub. Bu ilin əvvəlinə bankın nizamnamə kapitalı 137,257 mln. manat, cəmi kapitalı 144,317 mln. manat təşkil edib.

“Expressbank” 2017-ci ildə 2,026 mln. manat xalis mənfəət əldə edib ki, bu da 2016-ci illə müqayisədə 4,6 dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi