"Expressbank"ın işçilərinin sayı azalıb

"Expressbank"ın işçilərinin sayı azalıb Bu ilin II rübündə bankın 36 əməkdaşı işdən kənarlaşıb
Maliyyə
27 İyul , 2016 17:27
Expressbankın işçilərinin sayı azalıb

Bakı. 27 iyul. REPORT.AZ/ Bu ilin II rübündə "Expressbank" ASC-nin 36 əməkdaşı işdən kənarlaşıb. Bu barədə "Report" Bankın yarımillik hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, mart ayının sonuna "Expressbank"ın 614 işçisi olub. Bu rəqəm iyun ayının sonuna 578-ə düşüb.

Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 137 256 651 manatdır. Bankın səhmlərinin 40%-i "Azenco Group" MMC-yə, 25%-i Hikmət Xammədova, 17,69%-i "Enerqoservis" MMC-yə, 17%-i Hafiz Seyidova, 0,31%-i isə "Avtonəqliyyatservis" MMC-yə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi