Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycanın "Expressbank" ASC-nin bütün bank kartları İnternet vasitəsilə on-line ödənişlər zamanı dələduzluq hallarının qarşısını almaq məqsədilə "3D Secure" xidmətinə qoşulur. "Report"un banka istinadən verdiyi xəbərə görə, bu xidmət həm "Visa", həm də "MasterCard" plastik kartlarına şamil olunur.
İnternet vasitəsilə hər dəfə on-line əməliyyat aparılan zaman kart sahibinə SMS vasitəsilə yeni şifrə təqdim olunur. Bu 6 rəqəmli şifrə qeyd olunmadıqda on-line ödəmə həyata keçmir.
"Expressbank" müştərilərə 6 manatdan başlayaraq "Visa" və "MasterCard" kartlarını təqdim edir. Hesaba minimum 400 manat ilkin mədaxil etməklə "Visa Gold" və ya "MasterCard Gold" kartları pulsuz təqdim edilir. Hesabda olan məbləği "Expressbank" bankomatlarında nağdlaşdıran zaman heç bir komissiya tutulmur.
"Expressbank"ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Bunun 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin bölgələrində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 5 000-dək POS-terminalı və 140-dək "ExpressPay" ödəniş terminalı var.