Bakı. 21 iyul. REPORT.AZ/ "Expressbank" ASC ABŞ dollarında qəbul etdiyi əmanətlərin illik faiz dərəcələrini 3% azaldıb.
Bu barədə "Report"a bankdan bildirilib.
Məlumata görə, əgər indiyə qədər dollarla klassik əmanətlər faizlərin aylıq və yaxud müddətin sonunda ödənilməsindən asılı olaraq illik 7-8%-lə qəbul edilirdisə, hazırda illik gəlirlilik 4-5%-dir.
Bundan başqa, "Expresssbank" yığım əmanətləri üzrə illik faizləri 6-7%-dən 3-4%-ə endirib. Həmçinin, indi bankda avro ilə əmanətlər onun məbləğindən asılıl olaraq qəbul edilir, illik faiz dərəcələri fərdi qaydada razılaşdırılır.