"Expressbank"da pul köçürmələri artıb

"Expressbank"da pul köçürmələri artıb "Expressbank" ASC-də “Zolotaya Korona” sistemi üzrə pul köçürmələri artıb
Maliyyə
26 Yanvar , 2017 15:36
Expressbankda pul köçürmələri artıb

Bakı. 26 yanvar. REPORT.AZ/ "Expressbank" ASC-də “Zolotaya Korona” sistemi üzrə pul köçürmələri artıb. 2015-ci ilin son rübü ilə müqayisədə ötən ilin son rübündə “Zolotaya Korona” sistemi ilə pul köçürmələrinın sayı 70% artıb.

"Report" bu barədə banka istinadən xəbər verir.

Xatırladaq ki, hazırda aksiya çərçivəsində “Zolotaya Korona” pul köçürmələri sistemi ilə "Expressbank" vasitəsi ilə pul göndərən müştərilərə xüsusi endirilmiş tariflə xidmət olunur. Belə ki, Rusiya, Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Moldovaya pul göndərən "Expressbank" müştəriləri bu əməliyyat üçün 0,8%-dən başlayan tariflərlə komissiya ödəyirlər. Pul köçürmələri dollar, avro və rublda göndərilə bilər. Aksiya fevralın 28-dək davam edəcək.

"Expressbank" 2013-cü ildən etibarən “Zolotaya Korona” pul köçürmələri sistemi üzrə xidmətlər təqdim edir.

Qeyd edək ki, Bank həmçinin "Contact", "Lider", "IBA Express", "Xəzri" və "Monex" təcili pul köçürmələri sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir.

Son xəbərlər

Orphus sistemi