"Expressbank" bu ilin I rübünü mənfəətlə başa vurub

"Expressbank" bu ilin I rübünü mənfəətlə başa vurub Bakı. 18 aprel. REPORT.AZ/ "Expressbank"ASC-nin aktivləri son 1 ildə 1,5% azalaraq b uil aprelin 1-nə 290 626 min. manat təşkil edib."Report" ...
Maliyyə
18 Aprel , 2017 15:06
Expressbank bu ilin I rübünü mənfəətlə başa vurub

Bakı. 18 aprel. REPORT.AZ/ "Expressbank"ASC-nin aktivləri son 1 ildə 1,5% azalaraq b uil aprelin 1-nə 290 626 min. manat təşkil edib.

"Report" bu barədə bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə "Expressbank"ın kredit portfeli 31,8% azalaraq 171,949 mln. manata düşüb. Bunun 39,353 min manatı və yaxud 22%-i xarici valyutada verilib. Son 1 ildə xarici valyutada ayrılmış kreditlərin həcmi 2 dəfədən çox azalıb. 

Hesabat dövründə "Expressbank"ın cəmi öhdəlikləri 5,4% azalaraq 145,62 mln. mana, o cümlədən depozit portfeli 35,3% artaraq 97,863 mln. manat olub. Depozit portfelinin 81,604 mln. manatı və yaxud 83,4%-i xarici valyutada yerləşdirilib.

İl ərzində fiziki şəxslərin tələbli depozitləri 33,6% artaraq 8,208 mln. manat, fiziki şəxslərin müddətli depozitləri isə 9,5% azalaraq 55,329 mln. manat olub.

Aprelin 1-nə bankın nizamnamə kapitalı 137 257 min manat təşkil edib.

"Expressbank"  bu ilin ilk rübündə 2,636 min manat xalis mənfəət əldə edib. Xatırladaq ki, bank ötən ilin eyni dövründən 705 min manat xalis zərərlə çıxıb. 

Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 137 256 651 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 368,69 manat olan 372 282 ədəd səhm əsasında formalaşıb. Səhmlərin 40%-i "Azenco Group" MMC-yə, 25%-i Hikmət Xammədova, 17,69%-i "Enerqoservis" MMC-yə, 17%-i Hafiz Seyidova, 0,31%-i isə "Avtonəqliyyatservis" MMC-yə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi