​“Expressbank” bazara yeni kredit kartı çıxarıb

​“Expressbank” bazara yeni kredit kartı çıxarıb Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycanın “Expressbank” ASC müştərilərə bank kartı vasitəsilə verilən yeni “SmileCard” kredit ...
Maliyyə
23 Sentyabr , 2014 16:18
​“Expressbank” bazara yeni kredit kartı çıxarıb
Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycanın “Expressbank” ASC müştərilərə bank kartı vasitəsilə verilən yeni “SmileCard” kredit məhsulunu təqdim edib. Bu barədə “Report”a bankın mərkəzi filialından məlumat verilib.

Müştərilər gəlirləri təsdiq edən sənəd əsasında verilən yeni kartı artıq “Expressbank” filiallarında dərhal əldə edə bilərlər. “Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin” sloqanı ilə bazara təqdim edilən yeni kredit kartı, müştərilərə pulsuz verilir və 5 il müddətində istifadə oluna bilər, kreditin maksimal məbləği isə 3 min manat təşkil edir.

Məhsulun şərtlərinə görə, müştəri kartdan istifadə etdiyi zaman (pulu nağdlaşdırarkən, internetdə onlayn alış-veriş edərkən, nağdsız ödəniş həyata keçirərkən) xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür. Bu zaman bank komissiyası müvafiq olaraq 6% və ya 12% təşkil edir, illik faiz dərəcəsi isə 0%-dir.

Ay ərzində ödənilən məbləğ kartda bərpa olunur və təkrar istifadə oluna bilər. SMS məlumatlandırma xidməti isə pulsuzdur.

Qeyd edək ki, “Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomatı və "ExpressPay" ödəniş terminalı var.

Son xəbərlər

Orphus sistemi