“Express Lombard"ın səhmləri üzrə abunə yazılışının tarixi açıqlanıb

“Express Lombard"ın səhmləri üzrə abunə yazılışının tarixi açıqlanıb Bakı Fond Birjası (BFB) “Express Lombard” ASC-nin 1 milyon manat dəyərində olan səhmlərini standart bazar seqmentində şərti-listinqə daxil edib.
Maliyyə
31 may 2024 09:35
“Express Lombardın səhmləri üzrə abunə yazılışının tarixi açıqlanıb

İyunun 3-də “Express Lombard” ASC-nin 1 milyon manat dəyərində səhmlərinə abunə yazılışı başlayacaq.

"Report" bu barədə "Bakı Fond Birjası" (BFB) QSC-yə istinadən xəbər verir.

Məlumata görə, hər birinin ilkin ticarət qiyməti 200 manat olan 5 min ədəd adi, sənədsiz, adlı səhmə abunə yazılışı 3 iş günü davam edəcək.

Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə səhmlər standart bazar seqmentində listinqə daxil edilib. Prosesin anderrayteri "Capital Partners İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı,səhmləri almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Qiymətli kağızlar tam yerləşdirilsə, şirkətin nizamnamə kapitalı 251 dəfə artaraq 4 min manatdan 1,004 milyon manata çatacaq.

Xatırladaq ki, “Express Lombard” 2011-ci ildə yaradılıb. Onun yeganə səhmdarı Svetlana İsayevadır (100%).

Son xəbərlər

Orphus sistemi