"Expressbank" ASC 2024-cü ilin 4-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Bank öncəki illərdə olduğu kimi, ötən ili də müsbət nəticələrlə başa vurub.
Belə ki, il ərzində "Expressbank"ın aktivləri 60 milyon manata yaxın və yaxud 11 % artaraq 560 milyon manatdan 2024-cü ilin sonuna 620 milyon manata yüksəlib. Bununla da bank stabil inkişafını qorumağa davam edib.
İl ərzində "Expressbank"ın kredit portfeli 23 %-ə yaxın artaraq 409 milyon manatdan 501 milyon manata yüksəlib.
Bankın depozit portfeli 32 milyon manat artaraq 230 milyondan 262 milyon manata qalxıb. Belə ki, təkcə fiziki şəxslər üzrə depozit portfeli əvvəlki ilin analoji dövrü ilə müqayisədə 33 % artım göstərərək 152 milyondan 202 milyona yüksəlib.
Bankın aktivlərinin artımı mənfəət-zərər göstəricilərində də öz əksini tapir. Belə ki, Bankın xalis faiz gəliri 15 %, qeyri-faiz gəlirləri 8 %-dən çox artıb. Nəticədə Bankın əməliyyat mənfəəti 10 % artaraq 20 milyon manat təşkil edib. Bank il ərzində mümkün zərərlər üzrə yaratdığı ehtiyat və vergi xərcləri çıxıldıqdan sonra 11 milyon 237 min manat mənfəət əldə edib.
Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" 2024-cü ilin oktyabr ayında "Expressbank"ın reytinqini gözlənti stabil olmaqla "B+" səviyyəsinə yüksəldib.
“Expressbank” ASC 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə
İşiniz rahat getsin!