“Express Bank”ın xalis mənfəəti 3 dəfə azalıb

“Express Bank”ın xalis mənfəəti 3 dəfə azalıb “Express Bank” ASC 2020-ci ili 6,829 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
28 Yanvar , 2021 17:28
“Express Bank”ın xalis mənfəəti 3 dəfə azalıb

“Express Bank” ASC 2020-ci ili 6,829 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 2,8 dəfə azdır.

Ötən il “Express Bank”ın gəlirləri 52,483 milyon manat (illik müqayisədə 0,1 % az), xərcləri 40,592 milyon manat (15 % az), xüsusi ehtiyatlara ayırmaları 2,93 milyon manat (əvvəlki il qənaət edib), mənfəət vergisi ödəmələri isə 2,133 milyon manat (9,3 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Express Bank”ın aktivləri 313,448 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,4 % azdır. Bunun 194,422 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə Bankın kredit portfeli 7,9 % kiçilib.

Hesabat dövründə “Express Bank”ın öhdəlikləri 14,2 % azalaraq 192,39 milyon manata, o cümlədən depozit portfeli 31,9 % azalaraq 118,656 milyon manata düşüb, balans kapitalı isə 5,8 % artaraq 121,058 milyon manata çatıb.

Xatırladaq ki, "Express Bank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır. Bankın səhmlərinin 48,8 %-i “Azenco Group”a, 21,6 %-i “Enerqoservis” MMC-yə, 19,5 %-i Hikmət Xammədova, 9,8 %-i Hafiz Seyidova, 0,3 %-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi