"Express Bank”ın mənfəəti kəskin azalıb

"Express Bank”ın mənfəəti kəskin azalıb “Express Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 7,426 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 25,59 milyon manat mənfəətlə çıxmışdı.
Maliyyə
20 Oktyabr , 2020 12:12
Express Bank”ın mənfəəti kəskin azalıb

“Express Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 7,426 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 25,59 milyon manat mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, 9 ay ərzində “Express Bank”ın gəlirləri 39,59 milyon manat (illik müqayisədə 1,5% çox), xərcləri 30,358 milyon manat (13,7% az), xüsusi ehtiyatlara ayırmaları 724 min manat (1 il bundan əvvəl qənaət edib), mənfəət vergisi ödəmələri isə 1,081 milyon manat (1 il bundan əvvəl vergi ödəməyib) təşkil edib.

Bu il oktyabrın 1-nə “Express Bank”ın aktivləri 304,414 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 12,2% azdır. Bunun 205,551 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 16,7% böyüyüb.

Hesabat dövründə "Express Bank"ın öhdəlikləri 19,2% azalaraq 182,585 milyon manata, o cümlədən depozit portfeli 37,4% azalaraq 112,82 milyon manata düşüb, balans kapitalı isə 1,1% artaraq 121,828 milyon manata çatıb.

Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır. Bankın səhmlərinin 48,8%-i “Azenco Group”a, 21,6%-i “Enerqoservis” MMC-yə, 19,5%-i Hikmət Xammədova, 9,8%-i Hafiz Seyidova, 0,3%-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi