“Express Bank”ın mənfəəti kəskin artıb

“Express Bank”ın mənfəəti kəskin artıb “Express Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 25,59 milyon manat mənfəətlə başa vurub.
Maliyyə
31 Oktyabr , 2019 18:32
“Express Bank”ın mənfəəti kəskin artıb

“Express Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 25,59 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 8,1 dəfə çoxdur.

9 ay ərzində “Express Bank”ın gəlirləri 39,002 milyon manat (illik müqayisədə 20,3% çox), xərcləri 35,196 milyon manat (13,1% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 21,783 milyon manat (11,9 dəfə çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə “Express Bank”ın aktivləri 346,573 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 24,7% azdır. Bunun 176,195 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 17,8% kiçilib.

Hesabat dövründə “Express Bank”ın öhdəlikləri 27,8% azalaraq 226,031 milyon manata, o cümlədən depozit portfeli 34,2% azalaraq 180,227 milyon manata, balans kapitalı isə 18,1% azalaraq 120,543 milyon manata, o cümlədən nizamnamə kapitalı 18% azalaraq 112,545 milyon manata düşüb. 

Son xəbərlər

Orphus sistemi