“Ethereum”la ticarətin artım tempi “Bitkoin”dən 3 dəfə çox olub

“Ethereum”la ticarətin artım tempi “Bitkoin”dən 3 dəfə çox olub Bu ilin yanvar ayından iyun ayının sonuna qədər “Ethereum” kriptovalyutası ilə 1,4 milyon dollarlıq ticarət əməliyyatı aparılıb.
Maliyyə
602
28 İyul , 2021 16:28
“Ethereum”la ticarətin artım tempi “Bitkoin”dən 3 dəfə çox olub

Bu ilin yanvar ayından iyun ayının sonuna qədər “Ethereum” kriptovalyutası ilə 1,4 milyon dollarlıq ticarət əməliyyatı aparılıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu, ötən ilin ikinci yarısına nisbətən 1 461 % artım deməkdir.

Həmin dövrdə bitkoinlə ticarətin dəyəri isə 489 % artaraq 2,1 trilyon dollar olub.

Bu kriptovalyuta investisiyaların gəlirliliyinə görə 2021-ci ilin ilk altı ayında “Bitkoin”i, “S&P 500” indeksini və qızılı geridə qoyub. Həmin alətlər müvafiq olaraq 20 %, 14 % və 6,7 % artdığı halda “Ethereum”da bu göstərici 210 % olub.

Son xəbərlər

Orphus sistemi