​Əksər Qərb indeksləri yüksəlib

​Əksər Qərb indeksləri yüksəlib Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1139-a düşüb
Maliyyə
18 Fevral , 2016 09:37
​Əksər Qərb indeksləri yüksəlib

Bakı. 18 fevral. REPORT.AZ/ Fevralın 17-də Amerika fond bazarında Dow Jones indeksi 1,59% bahalaşaraq 16 453,83 bənd, S&P 500 1,65% artaraq 1 926,82 bənd, Nasdaq isə 2,21% irəliləyərək 4 534,07 bənd təşkil edib

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 2,87% bahalaşaraq 6 030,32 bənd, Fransa CAC-40-ı 2,99% artaraq 4 233,47 bənd, Almaniya DAX-ı isə 2,65% irəliləyərək 9 377,21 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,12% bahalaşaraq 1 209,40 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1139 (-0,22%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi