​Əsas Qərb indeksləri enib

​Əsas Qərb indeksləri enib Qızılın qiymətində isə bahalaşma bərpa olub
Maliyyə
13 Noyabr , 2014 05:19
​Əsas Qərb indeksləri enib

Bakı. 13 noyabr. REPORT.AZ/ Noyabrın 12-də Amerika fond bazarında Dow Jones indeksi 0,02% - 17 612 bəndədək, S&P 500 0,1% - 2 038 bəndədək enib, Nasdaq 0,3% - 4 675 bəndədək yüksəlib. “Report”un xəbər verdiyi kimi, indekslərin dinamikasına korporativ xəbərlər təsir edib.

Avropa fond bazarlarında noyabrın 12-də FTSE 100 indeksi 0,3% - 6 611 bəndədək, Almaniya DAX-ı 1,7% - 9 211 bəndədək, Fransa CAC-40-ı isə 1,5% - 4 180 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% artaraq 1 164,70 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2445 dollar (+0,1%) təşkil edir.

İngilis versiyası West indexes go down

Son xəbərlər

Orphus sistemi