Ermənistan əsas kapitala yatırımların dinamikasına görə MDB-də sonuncu yerdədir

Ermənistan əsas kapitala yatırımların dinamikasına görə MDB-də sonuncu yerdədir Azərbaycanda bu sahədə 1,2 dəfə artım qeydə alınıb
Maliyyə
21 Oktyabr , 2017 13:58
Ermənistan əsas kapitala yatırımların dinamikasına görə MDB-də sonuncu yerdədir

Bakı. 21 oktyabr. REPORT.AZ/ Azərbaycanda əsas kapitala qoyulan investisyanın həcmi 2010-2016-ci illər ərzində 1,2 dəfə artıb.

"Report" xəbər verir ki, bu barədə MDB-nin Dövlətlərarası Statistika Komitəsinin hesabatında bildirilib.

Sənəddə vurğulanıb ki, bu müddət ərzində əsas kapitala edilən yatırımların həcminin artım tempinə görə ən pis nəticə Ermənistanda qeyd alınıb. Bu ölkədə 2010-2016-cı illər ərzində müvafiq yatırımların həcmi 29% azalıb. Bu göstəriciyə görə Ermənistan Moldova (-5%) və Belarusdan (-28%) sonra gəlir.

Mərkəzi Asiya ölkələri əsas kapitala qoyulan yatırımların dinamikasına görə liderdir (1,7-2,2 dəfə).

Hesabata əsasən, 2017-ci ilin ilk yarısında MDB ölkələrində əsas kapitala edilən yatırımların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3% artıb.

Son xəbərlər

Orphus sistemi