Ermənistan QDTİB-in Bakıda keçirilən toplantısında iştirak etmir

Ermənistan QDTİB-in Bakıda keçirilən toplantısında iştirak etmir Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 24-cü İllik Toplantısında Ermənistan tərəfi iştirak etmir.
Maliyyə
23 İyun , 2022 11:58
Ermənistan QDTİB-in Bakıda keçirilən toplantısında iştirak etmir

Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 24-cü İllik Toplantısında Ermənistan tərəfi iştirak etmir.

“Report” xəbər verir ki, Bankın 11 üzvündən biri - Ermənistan Bakıda keçirilən toplantıya qatılmayıb.

Qeyd edək ki, iki gün davam edəcək və bu gündən başlayan İllik Toplantıda QDTİB-yə üzv dövlətlərin - Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan və Ukraynanın nümayəndələri iştirak edirlər.

QDTİB - Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 11 dövlətini birləşdirən beynəlxalq təşkilatdır. Təşkilatda pay bölgüsü belədir: Türkiyə, Rusiya və Yunanıstan - hərəyə 16,5 %, Rumıniya - 14 %, Ukrayna və Bolqarıstan - hər biri 13,5 %, Azərbaycan - 5 %, Albaniya - 2 %, Ermənistan - 1 %, Gürcüstan və Moldova - hər biri 0,5 %. Bank Qara dəniz regionu ölkələri arasında iqtisadi əməkdaşlığı, ticarəti və əməkdaşlığı inkişaf etdirməyi hədəfləyir.

Son xəbərlər

Orphus sistemi