Erməni dramı əldən gedir, Ermənistan Mərkəzi Bankı uçot dərəcəsini artırdı

Erməni dramı əldən gedir, Ermənistan Mərkəzi Bankı uçot dərəcəsini artırdı Bu gün Ermənistan Mərkəzi Bankının iclası keçirilib.
Maliyyə
15 Dekabr , 2020 17:45
Erməni dramı əldən gedir, Ermənistan Mərkəzi Bankı uçot dərəcəsini artırdı

Bu gün Ermənistan Mərkəzi Bankının iclası keçirilib.

"Report" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, iclasda ölkənin milli valyutası - dramın getdikcə dəyərdən düşdüyü nəzərə alınaraq uçot dərəcəsinin 1 faiz bəndi artırılmasına - 4,25 %-dən 5,25 %-ə çatdırılmasına qərar verilib.

Bu, 2020-ci ildə Ermənistanda ilk faiz artımıdır. Bundan əvvəl tənzimləyici qurum il ərzində uçot dərəcəsini 4 dəfə azaldıb, sonuncu dəfə sentyabrın 15-də 4,5 %-dən 4,25 %-ə endirib.

Xatırladaq ki, 2-ci Qarabağ müharibəsi erməni dramının məzənnəsinə təsirsiz ötüşməyib. Azərbaycanın əks-hücum əməliyyatlarına başladığı sentyabrın 27-dən bəri qonşu ölkənin milli valyutası 8,25 % ucuzlaşıb, Ermənistanda ABŞ dollarının məzənnəsi 485 dramdan 525 drama çatıb.

Son xəbərlər

Orphus sistemi