Ərazi Tikinti Planlaşdırma Mərkəzinin xalis mənfəəti 49% artıb

Ərazi Tikinti Planlaşdırma Mərkəzinin xalis mənfəəti 49% artıb Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti Planlaşdırma Mərkəzi 2021-ci ili 1,665 min manat xalis mənfəətlə başa vurub.
Maliyyə
30 Aprel , 2022 15:02
Ərazi Tikinti Planlaşdırma Mərkəzinin xalis mənfəəti 49% artıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti Planlaşdırma Mərkəzi 2021-ci ili 1,665 min manat xalis mənfəətlə başa vurub.

"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 48,7% çoxdur.

Ötən il Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin əsas əməliyyat gəlirləri 11,683 milyon manat (əvvəlki ilə nisbətən 41,4% çox), sair əməliyyat gəlirləri 10,045 milyon manat (29,7 dəfə çox), əlavə gəlirləri 652 min manat (33 % az) inzibati xərcləri 10,813 milyon manat (32,3% çox), sair əməliyyat xərcləri 9,485 milyon manat (əvvəlki il olmayıb), mənfəət vergisi ödəmələri isə 360 min manat (46,35% çox), faiz üzrə mənbədə tutulmuş vergi ödəmələri isə 56 min manat (65,4% çox) təşkil edib.

Bu il yanvarın 1-nə Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin aktivləri 32,709 milyon manat olub ki, bu da illik müqayisədə 3,9 dəfə çoxdur. Hesabat dövründə Mərkəzin öhdəlikləri 9 dəfə artaraq 25,576 milyon manata, balans kapitalı isə 30,45% artaraq 7,133 milyon manata çatıb.

Xatırladaq ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzi ölkə prezidentinin 19 mart 2019-cu il tarixli fərmanı ilə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Bürosu və Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Mərkəz şəhərsalma, ərazi planlaşdırılması və memarlıq sahələrində mövcud mexanizmləri təkmilləşdirməklə bu sahələri inkişaf etdirmək, göstərilən xidmətlərin keyfiyyətinin artırmaq, həmin sahələr üzrə mövcud vəziyyətin təhlilini həyata keçirməklə məşğuldur.

Son xəbərlər

Orphus sistemi