2022-ci il yanvarın 1-nə Əqli Mülkiyyət Agentliyinin aktivləri 12,288 milyon manat olub ki, bu da illik müqayisədə 5,4 % çoxdur.
“Report” bu barədə Agentliyin maliyyə hesabatına istinadən xəbər verir.
Hesabat dövründə Agentliyin öhdəlikləri 24,2 % azalaraq 641 min manata düşüb, balans kapitalı isə 7,7 % artaraq 11,647 milyon manata çatıb.
2022-ci ildə Agentlik 1,665 milyon manat gəlir əldə edib.
Əqli Mülkiyyət Agentliyi ölkə prezidentinin “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli sərəncamı ilə yaradılıb. Onun nizamnamə kapitalı 7,595 milyon manatdır. Agentlik müəlliflik hüququ və əlaqəli hüquqlar, məlumat toplularına və inteqral sxem topologiyalarına hüquqlar, ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına və coğrafi göstəricilərə hüquqlar, Azərbaycan folkloru nümunələrinə (ənənəvi mədəni nümunələrə), ənənəvi biliklərə və digər qeyri-maddi mədəni irs nümunələrinə hüquqlar sahəsinin inkişafını təmin edən, bu sahədə vahid tənzimləməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən publik hüquqi şəxsdir.