Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.
İddiaçılar ilkin sənədləri sentyabrın 27-si, 16:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə oktyabrın 5-i, saat 16:00-a qədər qurumun Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi, 25 A ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə oktyabrın 6-da, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.