ƏMDX dövlət əmlakının icarəsindən gəlirlərlə bağlı proqnozun artırılmasına münasibət bildirib

ƏMDX dövlət əmlakının icarəsindən gəlirlərlə bağlı proqnozun artırılmasına münasibət bildirib İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) 2022-ci ilin dövlət büdcəsi layihəsində əksini tapmış dövlət əmlakının icarəyə verilməsindən daxilolmalarla bağlı proqnozun 5 milyon manat və yaxud 45,5% artırılaraq 16 milyon manata ça
Maliyyə
12 Noyabr , 2021 16:56
ƏMDX dövlət əmlakının icarəsindən gəlirlərlə bağlı proqnozun artırılmasına münasibət bildirib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) 2022-ci ilin dövlət büdcəsi layihəsində əksini tapmış dövlət əmlakının icarəyə verilməsindən daxilolmalarla bağlı proqnozun 5 milyon manat və yaxud 45,5% artırılaraq 16 milyon manata çatdırılmasına, bunun dövlət əmlakları üzrə icarə haqqının, eləcə də minimum tariflərin artırılması hesabına təmin ediləcəyinə dair fikirlərə münasibət bildirib.

Qurumdan “Report”a verilən açıqlamada deyilir ki, proqnozun artımı dövlət əmlakının icarə haqqının minimum tariflərinin artırılmasına əsaslanmır.

Belə ki, bu ilin dövlət büdcəsində dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar 11 milyon manat nəzərdə tutulsa da, yerlərdə aparılan monitorinqlər və maarifləndirmə tədbirləri nəticəsində artıq 13 milyon manatdan artıq icarə haqqı dövlət büdcəsinə ödənilib. Yəni icarədən daxilolmalar tariflərin artırılması ilə deyil, icarədən yayınmaların qarşısının alınması hesabına əldə edilib.

Hazırda qeyri-yaşayış sahələri üzrə icarə haqları Nazirlər Kabinetinin “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği”nin təsdiq edilməsi haqqında 29 noyabr 2007-ci il tarixli 191 nömrəli (Nazirlər Kabinetinin 21.10.2014-cü il tarixli 339 nömrəli qərarı ilə edilmiş dəyişikliklər nəzərə alınmaqla) qərarı ilə, torpaq sahələri üzrə icarı haqları isə Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə görə və bu Əsasnaməyə Nazirlər Kabinetinin 5 oktyabr 2016-cı il tarixli 377 nömrəli qərarı ilə edilmiş dəyişikliklər nəzərə alınmaqla tənzimlənir.

Son xəbərlər

Orphus sistemi