Bakı, 2 sentyabr. REPORT.AZ/ "Embawood" şirkəti Bakı Fond Birjasında 10 mln. manat həcmində istiqraz buraxılışından yaranmış maliyyə öhdəliyini tamamilə yerinə yetirib. İstiqrazlar "Paşa Bank" ASC tərəfindən 2014-cü ilin avqust ayında 1 illik müddətə dövriyyəyə buraxılıb.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, "Paşa Bank" bu günədək 15 korporativ istiqraz emissiyasının (213 mln. manat) yerləşdirməsində şirkətlərə market-meyker və anderraytinq xidmətləri göstərib.