“Embafinans”ın aktivləri cüzi artıb

“Embafinans”ın aktivləri cüzi artıb Bakı. 13 iyun. REPORT.AZ/ “Embafinans” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 0,4% artaraq bu il yanvarın 1-nə 22,038 mln. təşkil edib.
Maliyyə
13 İyun , 2018 10:01
“Embafinans”ın aktivləri cüzi artıb

Bakı. 13 iyun. REPORT.AZ/ “Embafinans” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 0,4% artaraq bu il yanvarın 1-nə 22,038 mln. təşkil edib.

“Report” bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Embafinans”ın müştərilərə verdiyi xalis kreditlər 2,75% artaraq 15,517 mln. manata çatıb.

Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri 1,2% artaraq 9,192 mln. manat, o cümlədən borc vəsaitləri 11% azalaraq 7,311 mln. manat, cəmi kapitalı isə 0,2% azalaraq 12,846 mln. manat olub.

“Azmikroinvest” 2017-ci ili 569 min manat xalis mənfəətlə başa vurub. Bu, 2016-cı illə müqayisədə, təxminən, 47,2% azdır. 

Son xəbərlər

Orphus sistemi