“Embafinans” BOKT manatla, illik 10,5% gəlirliliklə istiqraz buraxır

“Embafinans” BOKT manatla, illik 10,5% gəlirliliklə istiqraz buraxır “Embafinans” QSC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" QSC-də istiqrazlarını yerləşdirməyə hazırlaşır.
Maliyyə
4 İyun , 2021 12:38
“Embafinans” BOKT manatla, illik 10,5% gəlirliliklə istiqraz buraxır

“Embafinans” QSC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" QSC-də (BFB) istiqrazlarını yerləşdirməyə hazırlaşır.

"Report" bu barədə qiymətli kağızların İnformasiya Memorandumuna istinadən xəbər verir.

Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 1 500 ədəd, yəni 1,5 milyon manatlıq faizli, təminatsız, sənədsiz, adlı istiqrazdan gedir.

Qiymətli kağızlar 1 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 10,5%-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "ABB-İnvest İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Yeri gəlmişkən, Birjanın Listinq Komitəsinin qərarı ilə istiqrazlar standart bazar seqmentində listinqə daxil edilib. Onların yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaq.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Xatırladaq ki, "Embafinans" 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır. QSC-nin səhmlərinin 51%-i Elşad Abbasova, 35%-i Məşhur Məmmədova, 14%-i isə Tamara Polyakovaya məxsusdur.

Son xəbərlər

Orphus sistemi