Azərbaycandakı banklarda yerləşdirilmiş əmanətlərin faiz gəlirləri 3 il müddətinə vergidən azad olunub

Azərbaycandakı banklarda yerləşdirilmiş əmanətlərin faiz gəlirləri 3 il müddətinə vergidən azad olunub Dövlət başçısı bununla bağlı müvafiq sənədi imzalayıb
Maliyyə
1 Mart , 2016 15:56
Azərbaycandakı banklarda yerləşdirilmiş əmanətlərin faiz gəlirləri 3 il müddətinə vergidən azad olunub

Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

"Report" xəbər verir ki, dəyişiklik sənədinə əsasən, 2016-cı il fevralın 1-dən etibarən 3 il müddətində yerli bank və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad olunub.

Son xəbərlər

Orphus sistemi