"Dəmirbank"a bir ayda 18 mln. manat əmanət yerləşdirilib

"Dəmirbank"a bir ayda 18 mln. manat əmanət yerləşdirilib Əmanət növündən asılı olaraq müştərilər istənilən zaman vəsaitlərini əlavə edə və cəriməsiz tam və ya qismən çıxara bilər
Maliyyə
12 Yanvar , 2016 15:50
Dəmirbanka bir ayda 18 mln. manat əmanət yerləşdirilib

Bakı. 12 yanvar. REPORT.AZ/ Son bir ayda müştərilər tərəfindən "Dəmirbank" ASC-yə manat ekvivalentində 18 mln.-dək vəsait yerləşdirilib. "Report" bu barədə Bankın yaydığı məlumata istinadən xəbər verir.

"Hazırda müddətindən asılı olmayaraq USD əmanətlərini illik 9%, AZN əmanətlərini isə illik 14%-lə yerləşdirmək mümkündür. Həmçinin, əmanət növündən asılı olaraq müştərilər istənilən zaman vəsaitlərini əlavə edə və cəriməsiz tam və ya qismən çıxara bilər. Əmanətlərin artırılması prosesinin sədələşdirilməsi məqsədilə müştərilər üçün Banka məxsus terminallardan vəsait əlavə etmək imkanı da yaradılıb", - deyə Bankdan bildirilib.

Qeyd edək ki, “Dəmirbank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” qanunun şərtlərinə müvafiq olaraq əhalinin Bankda yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir. Hazırda qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 12%, kompensasiya məbləği isə 30 min manat təşkil edir.

Son xəbərlər

Orphus sistemi