Elon Maskın sərvəti 44 milyard ABŞ dolları artıb

Elon Maskın sərvəti 44 milyard ABŞ dolları artıb Onun sahib olduğu “Tesla” şirkətinin səhmlərinin dəyəri beynəlxalq birjalarda 320% artıb
Maliyyə
20 İyul , 2020 18:20
Elon Maskın sərvəti 44 milyard ABŞ dolları artıb

ABŞ-ın texnologiya nəhəngləri “Tesla” və “SpaceX”ın qurucusu Cənubi Afrikalı biznesmen Elon Maskın sərvəti son 4 ayda 44,1 milyard ABŞ dolları və ya 2,8 dəfə artaraq 68,7 milyard ABŞ dollara yüksəlib.

“Report” xəbər verir ki, bu barədə “Forbes” jurnalının “Ən varlılar” hesabatında bildirilib.

Məlumata görə, bununla da E.Mask ilk dəfə “Forbes”in “ən varlılar” siyahısında ilk 10-na girib. Belə ki, hesabat dövründə o, milyarderlər sıralamasında 21 pillə irəliləyib. Eyni dövrdə isə onun sahib olduğu “Tesla” şirkətinin səhmlərinin dəyəri beynəlxalq birjalarda 320% artıb.

İlk 10-a girməsi barədə E.Mask bildirib ki: “Heç əhəmiyyət vermirəm, bu rəqəmlər enib, qalxır. Əhəmiyyətli olan, xalqın sevdiyi gözəl məhsullar istehsal etməkdir".

Qeyd edək ki, “ən varlılar” siyahısına “Amazon”un CEO-su Jeff Bezos (176 mlrd ABŞ dolları) başçılıq edir. Onu “Microsoft”un qurucusu Bill Qeyts (117 mlrd ABŞ dolları) və Fransanın LVMH şirkətinin sahibi Bernard Arnault (94,1 mlrd ABŞ dolları) izləyib.

Son xəbərlər

Orphus sistemi