Elman Rüstəmov: "İnflyasiyanın kəskin azalması valyuta bazarındakı tarazlıqla bağlıdır"

Elman Rüstəmov: "İnflyasiyanın kəskin azalması valyuta bazarındakı tarazlıqla bağlıdır" AMB-nin sərt konservativ pul siyasəti də qiymət artımının cilovlanmasında rol oynayıb
Maliyyə
12 Fevral , 2018 11:16
Elman Rüstəmov: İnflyasiyanın kəskin azalması valyuta bazarındakı tarazlıqla bağlıdır
AMB sədri Elman Rüstəmov / Report/ Firi Salim

Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycanda illik bahalaşmanın kəskin azalaraq yanvar ayında 5,5%-ə düşməsi ölkəninn valyuta bazarında tarazlığın yaranması, milli valyutaya etibarın artması, idxalçı və istehsalçıların bununla bağlı gözləntilərinin özünü doğrultması ilə bağlıdır.

“Report” xəbər verir ki, bunu bugünkü mətbuat konfrasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun sərt konservativ pul siyasəti də qiymət artımının cilovlanmasında rol oynayıb.

“2 illik fasilədən sonra ölkədə iqtisadi artım da baş verib və bu, daha çox qeyri-neft sektorunun hesabına olub”, - deyə E.Rüstəmov qeyd edib.

Son xəbərlər

Orphus sistemi