Elman Rüstəmov: "Cari əməliyyatlar balansında 380 mln. dollarlıq profisit yaranıb"

Elman Rüstəmov: "Cari əməliyyatlar balansında 380 mln. dollarlıq profisit yaranıb" AMB sədri: "Cari hesabın müsbət saldoya malik olacağını, onun bir qədər də artacağını proqnozlaşdırırıq"
Maliyyə
30 May , 2017 11:43
Elman Rüstəmov: Cari əməliyyatlar balansında 380 mln. dollarlıq profisit yaranıb
Report.az

Bakı. 30 may. REPORT.AZ/ Cari ilin ilk rübünün yekunlarına görə, Azərbaycanın cari əməliyyatlar balansında 380 mln. ABŞ dolları həcmində profisit yaranıb. 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib: "Bu, iki illik kəsirdən sonra ilk profisitdir".

E.Rüstəmovun sözlərinə görə, cari hesab ilin sonunda müsbət saldoya malik olacaq: "Neftin hazırkı qiymərlərində və cari idxal-ixrac trendlərində cari hesabın müsbət saldoya malik olacağını, onun bir qədər də artacağını proqnozlaşdırırıq".

Son xəbərlər

Orphus sistemi