Elman Rüstəmov: “Bank siyasətinin kredit faizlərinə təsir imkanlarını artırmağa çalışırıq”

Elman Rüstəmov: “Bank siyasətinin kredit faizlərinə təsir imkanlarını artırmağa çalışırıq” Bakı. 30 oktyabr. REPORT.AZ/ “Azərbaycanda bank siyasətinin kredit faizlərinə təsir imkanlarını artırmağa çalışırıq. Bununla bağlı islahat gündəliyi var. Başlıca diqqət bu sahədə islahatlara yönəlib”.
Maliyyə
30 Oktyabr , 2018 11:47
Elman Rüstəmov: “Bank siyasətinin kredit faizlərinə təsir imkanlarını artırmağa çalışırıq”
Mərkəzi Bankının sədri Elman Rüstəmov / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 30 oktyabr. REPORT.AZ/ “Azərbaycanda bank siyasətinin kredit faizlərinə təsir imkanlarını artırmağa çalışırıq. Bununla bağlı islahat gündəliyi var. Başlıca diqqət bu sahədə islahatlara yönəlib”.

"Report"un verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib.

“İnflyasiyanın hədəflənməsi rejiminə keçməyə hazırlaşırıq. Hələ ki, depozit və kredit faizlərinə təsir imkanları zəifdir. Bu rejimə keçəndən sonra təsir imkanlarımız arta bilər”, - o əlavə edib.

Baş bankir həmçinin deyib ki, hazırda neftin bahalaşmasının Azərbaycan manatının məzənnəsinin möhkəmlənməsinə təsiri cüzidir. 

Son xəbərlər

Orphus sistemi