Elman Rüstəmov: "Altı ay ərzində manatın real məzənnəsi 1,2 faiz ucuzlaşıb"

Elman Rüstəmov: "Altı ay ərzində manatın real məzənnəsi 1,2 faiz ucuzlaşıb" Biz tərəfdaş olan ölkələrlə, ticarət tərəfdaşlarımızla xarici rəqabət qabiliyyətimizi izləyirik. Altı ay ərzində manatın real məzənnəsi 1,2 faiz ucuzlaşıb.
Maliyyə
1 Avqust , 2019 02:09
Elman Rüstəmov: Altı ay ərzində manatın real məzənnəsi 1,2 faiz ucuzlaşıb
Elman Rüstəmov

"Biz tərəfdaş olan ölkələrlə, ticarət tərəfdaşlarımızla xarici rəqabət qabiliyyətimizi izləyirik. Altı ay ərzində manatın real məzənnəsi 1,2 faiz ucuzlaşıb".

“Report” xəbər verir ki, bunu iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, bütövlükdə manatın məzənnəsi sabitdir və sabit olaraq qalır:

"Xarici balansın müsbət olması, ixracın şaxələndirilməsi istiqamətində görülən işlər və valyuta təklifinin genişlənməsi və bazarda müsbət gözləntilər daxili valyuta bazarında əhəmiyyətli profisit yaradıb. Mən bunu Sizə məruzə etmişdim. Bütövlükdə bu gün Mərkəzi Bankın sterilizasiyası ilə birlikdə daxili valyuta bazarında 1 milyard ABŞ dollarından çox profisit mövcuddur. Bu isə bütövlükdə manatın məzənnəsinin nəinki bugünkü sabitliyinə, həm də bütövlükdə gözlənilən sabitliyinə təminat verir".

E.Rüstəmov buna baxmayaraq tərəfdaş ölkələrlə xarici rəqabət qabiliyyətinin izləndiyini qeyd edib:

"Baxmayaraq ki, məzənnəmiz sabitdir, biz tərəfdaş olan ölkələrlə, ticarət tərəfdaşlarımızla xarici rəqabət qabiliyyətimizi izləyirik. Altı ay ərzində manatın real məzənnəsi 1,2 faiz ucuzlaşıb".

Son xəbərlər

Orphus sistemi